SON DƏQİQƏ

ABŞ Türkiyəyə minnətdarlığını bildirdi

Tarix:

6-04-2022, 08:33

/ 1 590 dəfə oxundu.
ABŞ Türkiyəyə minnətdarlığını bildirdi

Prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya liderlərinə yaxınlığı, əlaqələri bu sülh danışıqlarının Türkiyədə keçirilməsinə səbəb oldu.

Bu sözləri Türkiyədə səfərdə olan ABŞ Dövlət katibinin siyasi işlər üzrə müşaviri Viktoriya Nuland deyib.

"Bu, müharibənin bitməsi üçün sağlam mühit yaradır. Eyni zamanda, Montrö razılaşmasının icrası üçün də Türkiyəyə minnətdarıq. Türkiyənin Qara dənizdə gücü, coğrafi mövqeyi olduqca önəmlidir. Çünki Qara dəniz bu müharibədə keçid marşrutu ola bilərdi, lakin Türkiyə buna icazə vermədi”, - deyə Nuland bildirib.

скачать dle 12.1

Şərhlər