SON DƏQİQƏ
» » Türkiyədən Rusiya Ukrayna danışıqları ilə bağlı açıqlama

Türkiyədən Rusiya Ukrayna danışıqları ilə bağlı açıqlama

Tarix:

29-03-2022, 19:48

/ 2 323 dəfə oxundu.
Türkiyədən Rusiya Ukrayna danışıqları ilə bağlı açıqlama

Bu gün İstanbulda baş tutan Ukrayna-Rusiya nümayəndə heyətlərinin görüşündə iki ölkə arasında danışıqların başlanmasından bəri ən nəzərəçarpacaq irəliləyiş əldə olundu.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bu gün tərəflər arasında yaxınlaşmanın hər mərhələdə artdığını görməkdən məmnunuq. Bəzi məsələlərdə konsensus və ortaq anlaşma əldə olunub", - Çavuşoğlu bildirib.

Çavuşoğlunun sözlərinə görə, daha mürəkkəb məsələləri Ukrayna və Türkiyənin xarici işlər nazirləri müəyyənləşdirəcək.

скачать dle 12.1

Şərhlər