
ABŞ Dövlət katibi Entoni Blinkenin İsrail və Fələstinə səfər edəcəyi gözlənilir.
GunAz.az xəbər verir ki, E.Blinken İsrail hökumətinin rəsmilərilə görüşdükdən sonra Fələstinin dövlət başçısı ilə də bir araya gələcək.
ABŞ dövlət katibi səfəri çərçivəsində həm də Bəhreyn, Misir, İsrail, Marokko və BƏƏ-dən olan həmkarları ilə diplomatk sammitdə iştirak edəcək.
Martın 27-də Ramallah şəhərində Fələstin Prezidenti Mahmud Abbasla görüşü planlaşdırılan ABŞ dövlət katibinin səfəri martın 28-də başa çatacaq.