SON DƏQİQƏ

Gürcüstanda yanacağın qiyməti yenidən ARTDI

Tarix:

23-03-2022, 21:44

/ 1 460 dəfə oxundu.
Gürcüstanda yanacağın qiyməti yenidən ARTDI

Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən artıb.

GunAz.az xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində benzin növündən asılı olaraq 3,70 -4 lari arasında dəyişir.

Maraqlıdır ki, dizel yanacağının qiyməti daha fərqlidir. Növündən asılı olaraq dizelin qiyməti 3,65-4,09 lari arasında dəyişir.

Ölkədə ən bahalı – "Super” markalı benzin 4 lariyə (1,24 dollar), "Eco- dizel” isə 4,09 lariyə (1,27 dollar) satılır.

İqtisadçı ekspertlərin sözlərinə görə, ölkədə qeydə alınan bu artım London birjasında neftin qiymətinin 2 dollar artaraq 118,30 dollar olması ilə əlaqədardır.

Ekspertlər yanacağın qiymətinin daha da artacağını istisna etmirlər.

Proqnozlara görə, yanacağın qiymətinin artımı Gürcüstanda gündəlik tələbat mallarının da bahalaşmasına səbəb olacaq.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər