SON DƏQİQƏ

İran Türkiyə vətəndaşını edam edəcək

Tarix:

19-03-2022, 12:57

/ 2 228 dəfə oxundu.
İran Türkiyə vətəndaşını edam edəcək

İran məhkəməsi Türkiyə vətəndaşını edam cəzasına məhkum edib.

Bu barədə "Azad İran" Teleqram kanalı məlumat paylaşıb.

Bildirilib ki, Qərbi Azərbaycan vilayətinin Urmiya həbsxanasında saxlanılan Türkiyə vətəndaşı Hatəm Özdəmir ölüm cəzasına məhkum edilib.

Bu barədə Xoy şəhərinin İnqilab Məhkəməsi qərar çıxarıb.

Özdəmirə İranın islam quruluşuna qarşı silahlı üsyan ittihamı ilə edam hökmü çıxarılıb.


скачать dle 12.1

Şərhlər