SON DƏQİQƏ
» » Zelenskidən SƏRT XƏBƏRDARLIQ- Əgər səmamızı bağlamasanız...

Zelenskidən SƏRT XƏBƏRDARLIQ- Əgər səmamızı bağlamasanız...

Tarix:

14-03-2022, 11:11

/ 2 991 dəfə oxundu.
Zelenskidən SƏRT XƏBƏRDARLIQ- Əgər səmamızı bağlamasanız...

Əgər NATO səmamızı bağlamasa, Rusiya raketləri Alyans ölkələrinin vətəndaşlarının evlərinə düşəcək.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

"Bu günün başlanğıcı qara oldu - dövlətimizə yenidən şərqdən qərbə hava bombaları düşüb. Təkcə Lvov vilayətinə 30 raket atılıb. Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, 134 nəfər yaralanıb. Orada Rusiya Federasiyasının ərazisini təhdid edə biləcək heç nə baş verməyib və oradan cəmi 20 km aralıda NATO sərhədləri var”, - Zelenski qeyd edib.

Zelenskinin sözlərinə görə, keçən il o, NATO liderlərinə xəbərdarlıq edib ki, əgər Rusiya Federasiyasına qarşı sərt qabaqlayıcı sanksiyalar tətbiq olunmasa, onlar müharibəni başladacaqlar: "Biz haqlı idik. Mən uzun müddətdir deyirəm ki, "Şimal axını-2” bütün Avropanı vuracaq silahdır. İndi bu, göz qabağındadır. İndi də təkrar edirəm: səmamızı bağlamasanız, Rusiya raketlərinin sizin ərazinizə, NATO ərazisinə, NATO ölkələrinin vətəndaşlarının evlərinə düşməsi an məsələsidir”.

 
 

Ukrayna dövlət başçısı Kiyev vilayətində bir amerikalı jurnalistin öldürüldüyünü, daha birinin isə yaralandığını xatırladıb: "Bu, Rusiya hərbçilərinin qəsdən hücumu idi. Onlar nə etdiklərini bilirdilər, lakin görünür, Qərbdə hamı nə etdiklərini bilmir”.

Zelenski həmçinin bildirib ki, Ukraynanın şərqində işğalçılar Svyatoqorsk Lavrasını (monastır - red.) "demilitarizasiya və denazifikasiya etmək qərarına gəliblər”.

 

"Zərbə zamanı monastırın ərazisində rahiblər və yüzlərlə qaçqın var idi, Lavrada və ya onun yaxınlığında heç bir hərbi hədəf yox idi. Amma rus hərbçiləri ora zərbələr endirməzdən əvvəl belə dayanmırlar. Bu fakt təkcə Rusiya Federasiyasının bütün ideologiyasının yalan olduğunu nümayiş etdirir”, - Zelenski əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ