SON DƏQİQƏ
» » İki ölkə arasında sərhəd keçid məntəqələri artırılacaq

İki ölkə arasında sərhəd keçid məntəqələri artırılacaq

Tarix:

11-03-2022, 20:54

/ 1 703 dəfə oxundu.
İki ölkə arasında sərhəd keçid məntəqələri artırılacaq

Azərbaycan və İran iki ölkə arasında sərhəd-keçid məntəqələrinin sayının artırılmasını qərara alıb.

Bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında, Komissiyanın İran tərəfdən həmsədri, qonşu ölkənin yol və şəhərsalma naziri Rüstəm Qasimi bildirib.

O, qeyd edib ki, bu gün keçirilmiş görüşlərdə bu istiqamətdə razılıq əldə edilib.

Bundan başqa, nazirin sözlərinə görə, bu gün iki ölkənin imzaladığı sənədlər ikitərəfli ticarət dövriyyəsinin artırılmasına töhfə verəcək.

"Bu gün Prezident İlham Əliyevlə uzunmüddətli görüşümüz baş tutdu. Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün yol xəritəsi cızdıq. Yaxın gələcəkdə bütün istiqamətlərdə əlaqələrimiz inkişaf edəcək”, - deyə R.Qasımi əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ