SON DƏQİQƏ

Ermənilər Volkovu içirdib...- ŞOK AÇIQLAMA

Tarix:

9-03-2022, 17:05

/ 2 345 dəfə oxundu.
Ermənilər Volkovu içirdib...- ŞOK AÇIQLAMA

İndiyədək ərazimizdə müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontigentinə komandanlıq etmiş şəxslər uğursuz və general rütbəsinə layiq olmayan insanlardır. Onlar öz vəzifələrini bir kənara qoyub, tamam başqa işlərlə məşğul olublar.

Bu sözləri ölkəmizin ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının komandanı Andrey Volkovun fəaliyyətini şərh edən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnikin sözlərinə görə, Bakı Volkov haqqında şikayətlərini artıq rəsmi şəkildə qarşı tərəfə çatdırıb və yaxın bir neçə gün ərzində dəyişikliklər gözlənilir:

"Keçmiş komandan Rüstəm Muradovun insan alveri ilə məşğul olduğunu başqa mətbuat orqanlarında dilə gətirmişəm. Yəni, Muradov erməni analarını müəyyən məbləğ qarşılığında terrorda ittiham edilən övladlarını geri gətirəcəyinə inandıra bilib, müxtəlif tanışlarından pul alıb. Hətta yadınızdadırsa, o, komandan olmadığı dövrdə də bir neçə dəfə Azərbaycana uçub. Hazırki komandan Andrey Volkov isə səhərdən axşama kimi sərxoşluq edir. Gələn məlumatlara görə, o, sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində üzümçülüklə, baramaçılıqla məşğuldur. Ermənilər də onu yedirdib içirdirlər, arada öz əxlaqsızlarını qəbuluna göndərirlər, özləri isə nə gəldi edirlər. Baş verən atışmalar birbaşa Volkovun "xeyir-dua”sı ilə olur. Çünki orada heç kim özbaşına deyil. Əldə olan informasiyaya görə, Azərbaycan həm diplomatik, həm də Müdafiə Nazirliyi səviyyəsində Volkovun dəyişdirilməsi üçün rəsmi Moskvaya müraciət edib. Lakin hələ vəziyyət qarışıq olduğu üçün qərarın verilməsi bir az uzana bilər. Digər tərəfdən yaxın saatlarda Qarabağdan, Dnestryanı ərazidən və Tacikistandan rus sülhməramlıları Ukraynada bərbad vəziyyətdə olan orduya kömək üçün göndərilə bilərlər.axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ