SON DƏQİQƏ
» » Rusiya 2100-dən çox hərbi obyekti məhv edib - MN

Rusiya 2100-dən çox hərbi obyekti məhv edib - MN

Tarix:

5-03-2022, 23:29

/ 1 390 dəfə oxundu.
Rusiya 2100-dən çox hərbi obyekti məhv edib - MN

Xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukraynanın 2100-dən çox hərbi obyektini məhv edib.

GunAz.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, şənbə günü RF Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna zərbələr endirməkdə davam edib.

Təkcə martın 5-də beş radar stansiyası, iki "Buk M-1” zenit-raket kompleksi məhv edilib.

Ümumilikdə əməliyyat zamanı Ukraynanın 2119 hərbi infrastruktur obyekti vurulub. Onların arasında Ukrayna ordusunun 74 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 108 S-300, "Buk M-1” və "Osa” hava hücumundan müdafiə raket sistemləri, həmçinin 68 radar stansiyası var.


скачать dle 12.1

Şərhlər