
Türkiyə Rusiya üçün hava məkanını bağlamayacaq.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Ankara Rusiya üçün hava məkanını bağlamayacaq. Türkiyənin hava məkanının açıq olması strateji və humanitar baxımdan önəmlidir”, - XİN başçısı vurğulayıb.
Çavuşoğlu həmçinin əlavə edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir.