
Ukraynaya hərbi müdaxilədən bu günə qədərrus ordusu 5840 əsgər itirib. Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya ordusu 211 tankı, 862 zirehli maşını məhv edilib: "Bundan başqa, düşmən 85 artilleriya sistemi, 40 reaktiv sistem, 9 hava hücumundan müdafiə, 30 təyyarə, 31 helikopter, 2 kater, 60 sistern yanacaqla birgə, 3 PUA itirib”.