
Belarus ərazisindən 20-yə yaxın helikopter havaya qalxıb. Onlar Ukraynanın paytaxtı Kiyev şəhərinə doğru uçurlar.
GunAz.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"Belaruslar bildirirlər ki, son 10 dəqiqə ərzində Belarus ərazisindən Kiyevə 20-dək helikopter uçub”, – məlumatda deyilir.
Helikopterlərdə nə qədər əsgərin olduğu barədə məlumat verilmir.