SON DƏQİQƏ
» » İran daha bir şairimizi "özəlləşdirdi"?- İran rəsmisi açıqladı

İran daha bir şairimizi "özəlləşdirdi"?- İran rəsmisi açıqladı

Tarix:

28-02-2022, 13:30

/ 2 212 dəfə oxundu.
İran daha bir şairimizi "özəlləşdirdi"?- İran rəsmisi açıqladı

Təbrizdə Nizami Gəncəvi ilə bağlı keçirilən simpoziumda Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İrşad İdarəsinin rəisi Qasım Nazimi Azərbaycan şairi Nizami Gəncəvinin fars şairi olduğunu iddia edib.

Bu barədə "Azad İran” Teleqram kanalı məlumat paylaşıb.

"Bir sıra alim və şairlərin, o cümlədən Nizaminin doğum yeri və məzarları İran sərhədlərindən kənarda qalsa da, onların ruhu və yaradıcılığı bütünlüklə İrana məxsusdur”, - Nazimi deyib.

O, Nizaminin İran şairi kimi dünyaya tanıtdırılması ilə bağlı plan hazırladıqlarını bildirib.

Kanalda həmçinin qeyd olunub ki, İranın Mədəniyyət və İrşad Nazirliyi ölkənin Təhsil Nazirliyi ilə birlikdə 12-19 mart tarixlərində bir həftə boyunca "Nizami həftəsi”nin keçirilməsini planlaşdırır. Bununla yanaşı, Nizamini İran və fars şairi kimi təbliğ etmək üçün may ayının sonunadək tədbirlərin davam etdiriləcəyi, mediada, məktəb və universitetlərdə bununla bağlı ədəbi yarışların keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Nizamini özününküləşdirmək üçün İran onillərdir dəridən-qabıqdan çıxır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ