SON DƏQİQƏ
» » Müharibənin ilk günü- Rusiya haraları ələ keçirdi?

Müharibənin ilk günü- Rusiya haraları ələ keçirdi?

Tarix:

25-02-2022, 08:00

/ 2 495 dəfə oxundu.
Müharibənin ilk günü- Rusiya haraları ələ keçirdi?

Ukrayna mediası müharibənin ilk gününün yekunları ilə bağlı məlumatları ümumiləşdirib.

Raket zərbəsi

Səhər düşmən (Rusiya nəzərdə tutulur – red.) Donbasdan Qərbi Ukraynaya qədər olan bütün hərbi aerodromlara raket zərbələri endirdi. Pentaqonun məlumatına görə, Rusiya ordusu bu ilk zərbədə 100-dən çox ballistik və qanadlı raket atıb.

Rusiya bu zərbələrdən sonra müdafiənin qırılacağı və panika yaşanacağını gözləyirdi. Ancaq alınmadı.

Sosial şəbəkələrdə yayılan məlumata görə: düşmənin 7 təyyarəsi, 7 helikopteri, 24 tankı, 24 hərbi texnikası məhv edilib.

Uğursuz hücumlar

Bir neçə şəhərin ələ keçirilməsinə cəhd edilib. Hazırda ən ciddi döyüşlərin getdiyi Sçatsye Ukraynanın əlindədir. Burda 50 rus əsgərinin öldürüldüyü bildirilir.

Mariupolda hər şey qaydasındadır. Ukrayna ordusu dözür.

Ukrayna ordusu sakitliyini və təmkinini qoruyur.

Mülki evlərin dağılması

Donbasda 400 ev dağılmışdı, bu gün ən yaxşı proqnoza görə onların sayı 2 dəfə artıb.

Başqa regionlarda da dağıntılar və mülki şəxslərin ölümləri var.

Xarkov və Sum

Ən çətin vəziyyət bu iki şəhərdədir. Sosial şəbəkələrə inansaq, yaşayış rayonlarında atışma gedir. Sumlular rus tanklarının artıq şəhərdə olduğunu deyir.

Baturində Ukrayna ordusu Rusiya tanklarının hücumunu dayandıra bilib.

Qostomel

Ən böyük döyüşlərdən biri Qostomel aerodromundadır. Orda rusların 3 helikopteri vurulub. Hücum dəf edilirdi, rus diversantlar əsir də götürülmüşdü.

Son məlumata görə isə Qostomel artıq ruslar tərəfindən ələ keçirilib.

Ağır döyüşlərdən sonra Ukrayna ordusu Çernobıl meydanına nəzarəti itirib. Çernobıl AES-in qalıqları haqda məlumat yoxdur.

Xersonşina

Rusiya Kaxovkanı nəzarətə götürməyə çalışır. Bu, Şimali Krım kanalının bərpası üçündür. Artıq Qeniçek və Oleşki itirilib. Qeniçek rayonunda bütün dövlət strukturları işğal altındadır.

Odessa vilayətinə uğursuz desantçıxarma cəhdindən sonra Rusiya donanması sərhədçilərə hücum edib. Zmein adasına "Moskva” flaqma raket kreyseri hücum edib.

Adanın ələ keçirildiyi bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ