SON DƏQİQƏ
» » Donbasdan Rusiyaya nə qədər sakin təxliyyə olundu?

Donbasdan Rusiyaya nə qədər sakin təxliyyə olundu?

Tarix:

22-02-2022, 10:42

/ 2 461 dəfə oxundu.
Donbasdan Rusiyaya nə qədər sakin təxliyyə olundu?

Donbasdan Rusiyaya təxliyə edilənlərin sayı 70 minə çatıb.

Bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nin iclasında deyib.

O iddia edib ki, son gərginlikdə 1600 mərmi atılıb və dinc sakinlər ölüb:

"Respublikaların (qondarma və separatçı qurumlar nəzərdə tutulur – red) ərazisinə həyati vacib obyektlərdə təxribat törətmək üçün bir neçə diversiya qrupu göndərilib. "Dxr” və "lxr”də artıq ümumi səfərbərlik elan edilib”.

O deyib ki, Ukraynaya deyil, məhz Rusiyaya qaçqınlar gedir:

"Bugünlərdə qadın, uşaq və yaşlıların təxliyəsi davam edib və artıq 70 minə yaxın sakin Rusiyaya köçürülüb. Rusiya onları qəbul edir və yerləşdirir”.

Nebenzya Rusiyanın sərhəd zonalarının da atəşə məruz qaldığını bildirib.

скачать dle 12.1

Şərhlər