SON DƏQİQƏ

Məşhur aktyor dünyasını dəyişdi

Tarix:

18-02-2022, 20:58

/ 1 801 dəfə oxundu.
Məşhur aktyor dünyasını dəyişdi

Rusiyanın xalq artisti Gennadi Yuxtin vəfat edib.

Bu barədə ölkənin Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Bildirilib ki, Gennadi bu gün 88 yaşında dünyasını dəyişib.

 

Aktyor fevralın əvvəlində Moskvadakı klinikalardan birinə koronavirus diaqnozu ilə yerləşdirilib. Sənətçinin vəziyyəti stabilləşdikdən sonra evə buraxılsa da fevralın 15-də yenidən xəstəxanaya aparılıb.

Qeyd edək ki, G.Yuxtin "Yadplanetli qohumlar”, "Zareçnaya küçəsində bahar”, "Əsgər haqqında ballada”, "Sahildən azad etmə”, "Andromeda dumanlığı”, "Əldə edilməyən qisasçılar”, "Rezidentin səhvi”, "Dostlar və yoldaşlar haqqında” kimi filmlərdə rol alıb.

скачать dle 12.1

Şərhlər