SON DƏQİQƏ
» » Lukaşenko hədələdi: Nüvə silahından istifadə edəcəyik!

Lukaşenko hədələdi: Nüvə silahından istifadə edəcəyik!

Tarix:

17-02-2022, 23:40

/ 1 395 dəfə oxundu.
Lukaşenko hədələdi: Nüvə silahından istifadə edəcəyik!

Dünya günlərdir Rusiya-Ukrayna sərhədində baş verən hadisələri müzakirə edir.

GunAz.az Teleqraf.com-a istinadən xəbər verir ki, gərginliyin əvvəlindən Rusiyanın yanında olacağını açıqlayan Belarus lideri Aleksandr Lukaşenko bu gün verdiyi açıqlamada ölkəsinin Qərb təhlükəsi ilə üzləşəcəyi təqdirdə nüvə silahına sahib ola biləcəyini bildirib.

"Rəqiblərimiz tərəfindən axmaq və ağılsız addımlar atılarsa, biz regionumuzu qorumaq üçün təkcə nüvə silahından yox, həm də super nüvə silahlarından istifadə edəcəyik”, - Lukaşenko deyib.

 

Lukaşenko həmçinin Rusiyadan "S-400” müdafiə sistemləri almağı nəzərdən keçirdiyini və bunu həmkarı Vladimir Putinlə müzakirə edəcəyini açıqlayıb.

Lukaşenko bu yaxınlarda verdiyi açıqlamada Putini dəstəklədiyini açıq şəkildə bəyan edib: "Müttəfiqimiz Rusiyaya birbaşa hücum edilərsə, Belarus da ona qoşulacaq”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ