
Fransada qarşıdan gələn prezident seçkiləri öncəsi növbəti sorğunun nəticələri hələ namizədliyi irəli sürülməmiş hazırkı Prezident Emmanuel Makronun şanslarının bir qədər azaldığından xəbər verir.
Sorğunun nəticələrinə görə, respondentlərin 24%-nin səsini qazanan Makron əvvəlki sorğu ilə müqayisədə 2 bənd itirib.
Onun əsas rəqiblərindən olan Milli Birlik Partiyasının təmsilçisi Marin Le Pen yarım faiz səs itirərək, 15% səs toplayıb.
Sorğu iştirakçılarının 14%-i Respublikaçılar Partiyasının namizədi Valeri Pekresə səs vermək niyyətində olduqlarını açıqlayıblar. Pekres də əvvəlki sorğu ilə müqayisədə 1 bənd itirib.
"Rekonkista” hərəkatının lideri Erik Zemmur həftə ərzində yarım faiz irəliləyərək, 13,5% respondentin səsini qazanıb.
Solçu "Yenilməz Fransa” Partiyasının namizədi Jan-Lük Melanşon mövqelərini yarım faiz möhkəmlədərək, 10,5% sorğu iştirakçısının səsini qazanıb.