
Rusiya Ukraynadakı diplomatlarını və səfirlik əməkdaşlarını ölkədən çıxarmağa başlayıblar.
Ölkədən çıxarılan diplomatlar və əməkdaşlar Rusiyanın Ukraynadakı səfirliyinin əsas personalı deyil.
Qeyd edək ki, Rusiyanın XİN başçısı Sergey Lavrov Ukrayna ərazisindəki diplomatik nümayəndəliklərin əsas heyətində olmayan əməkdaşlarının "Qərbin fəaliyyəti nəticəsində" Kiyevi tərk edə biləcəyini istisna etməmişdi.
"RİA Novosti” Ukrayna vətəndaşlarına istinadla xəbər verir ki, bu ölkədəki rusiyalı diplomatlar və konsulluq əməkdaşları Rusiyaya qayıtmağa başlayıblar. Bu, xüsusilə konsulluqlar və səfirliklədə qəbula yazılan zaman hiss olunur