SON DƏQİQƏ
» » İran səfirindən Zəngəzur dəhlizi AÇIQLAMASI

İran səfirindən Zəngəzur dəhlizi AÇIQLAMASI

Tarix:

10-02-2022, 12:31

/ 2 513 dəfə oxundu.
İran səfirindən Zəngəzur dəhlizi AÇIQLAMASI

Bu gün İran Mədəniyyət mərkəzində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Seyid Abbas Musəvinin İslam İnqilabının qələbəsinin 43-cü ildönümü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə mətbuat konfransı keçirildi.
 Çıxış edən səfir iki ölkə arasındakı münasibətlərin və əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmli olduğunu vurğuladı.Tədbirdə səfir Seyid Abbas Musəvi jurnalistlərin suallarını geniş və məzmunlu cavablandırdı.
 İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyini açıqlayarkən bildirib ki, bu ermənistanla Azərbaycanın öz işidir onlar hansı qərarı qəbul etsə biz qəbul ediləcək qərara hörmətlə yanaşacağıq.
Səfir həmçinin qeyd edib ki, pandemiyaya baxmayaraq, ötən il İranla Azərbaycan arasında nəqliyyat daşımalarının həcmi 62,5 faiz artıb.

RƏSMİYYƏ HEYBƏTAĞAQIZI

İran səfirindən Zəngəzur dəhlizi AÇIQLAMASI

 

İran səfirindən Zəngəzur dəhlizi AÇIQLAMASI

 


скачать dle 12.1

Şərhlər