SON DƏQİQƏ
» » Makron təkliflərlə deyil, ideyalarla gəlmişdi - Kuleba

Makron təkliflərlə deyil, ideyalarla gəlmişdi - Kuleba

Tarix:

9-02-2022, 23:35

/ 1 454 dəfə oxundu.
Makron təkliflərlə deyil, ideyalarla gəlmişdi - Kuleba

Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfərinin gedişində heç bir təklif səsləndirmədi, tərəflər yalnız ideyaları müzakirə etdilər.

GunAz.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dimitri Kuleba Fransa Prezidentinin Kiyevə səfəri barədə danışarkən bildirib.

"Prezident Makron Kiyevə təkliflərlə deyil, ideyalarla gəlmişdi. Biz indi elə bir dönəmdəyik ki, kimlərlə təmasda oluruqsa, vəziyyəti dalandan çıxarmaq üçün məqbul kompromisləri və addımları maksimum anlamağa çalışırlar”, - Kuleba belə deyib.

 

Nazir, həmçinin bəyan edib ki, Ukrayna rəhbərliyi üçün xaricdən edilən hər hansı təzyiq qarşısında geri çəkilmək qəbuledilməzdir.

Qeyd edək ki, fevralın 8-də Fransa lideri Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.


скачать dle 12.1

Şərhlər