SON DƏQİQƏ
» » Moskvaya ŞOK XƏBƏRDARLIQ - Bu sahələrə çıxışı bağlanacaq

Moskvaya ŞOK XƏBƏRDARLIQ - Bu sahələrə çıxışı bağlanacaq

Tarix:

5-02-2022, 21:49

/ 1 348 dəfə oxundu.
Moskvaya ŞOK XƏBƏRDARLIQ - Bu sahələrə çıxışı bağlanacaq

"Rusiya Ukraynaya qarşı hücuma keçərsə, ağır nəticələr və böyük xərclərlə üzləşəcək”.

GunAz.az Teleqraf.com-a istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen bunu "Euronews”ə müsahibəsibdə deyib.

 

Ursula von der Leyen diplomatiyanın imkanlarından istifadə edilməsinin lazım olduğunu vurğulayaraq, ən pis ssenaridə Aİ-nin Moskvaya qarşı möhkəm və çox əhatəli sanksiyalar paketi hazırladığını bildirib.

Paketin hazırda iqtisadiyyat və maliyyə sektorunu hədəflədiyinə diqqət çəkən sədri bildirib ki, bu, Rusiyanın Avropa Birliyində maliyyə bazarlarına çıxışını məhdudlaşdıracaq və eyni zamanda Rusiyanın təmin edilməsi çox çətin olan məhsul və texnologiyalara çıxışının qarşısını kəsəcək.

Rusiyanın yanacaq qaynaqlarının ixracına əsaslanan tək istiqamətli bir iqtisadiyyata sahib olduğunu xatırladan Leyen, bu məhsulların və kapitalın Rusiya üçün həyati əhəmiyyət daşıdığını ifadə edib: "Ona görə də böhranda yanğının söndürülməsi Rusiyanın xeyrinə olacaq”.


скачать dle 12.1

Şərhlər