SON DƏQİQƏ
» » Putin: ABŞ Rusiyanın tələblərini heçə saydı

Putin: ABŞ Rusiyanın tələblərini heçə saydı

Tarix:

1-02-2022, 21:15

/ 1 489 dəfə oxundu.
Putin: ABŞ Rusiyanın tələblərini heçə saydı

Təhlükəsizlik zəmanəti ilə bağlı ABŞ-ın cavabından aydın olur ki, Vaşinqton Rusiyanın fundamental narahatlığına məhəl qoymadı.

GunAz.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Macarıstan Baş naziri Viktor Orbanla görüşündən sonra təşkil edilən mətbuat konfrasından deyib.

Kreml rəhbəri bildirib ki, Moskva ABŞ və NATO-nun təhlükəsizlik zəmanəti ilə bağlı 26 yanvarda verdiyi cavabı ciddi təhlil edir:

 

"Artıq aydındır, bu barədə hörmətli baş nazirə bildirdim ki, Rusiyanın prinsipial narahatlığına məhəl qoyulmadı. Üç əsas tələbimizə adekvat baxıldığını görmədik”.

Qeyd edək ki, Rusiyanın əsas təhlükəsizlik tələbləri NATO genişlənməsinin yolverilməzliyi, Rusiya sərhədlərinə zərbə sistemlərinin yerləşdirilməsindən imtina edilməsi və alyansın 1997-ci ildən öncəki sərhədlərinə qayıtması ilə bağlıdır.


скачать dle 12.1

Şərhlər