SON DƏQİQƏ
» » İranda müəllimlər aksiya keçirir- Nə baş verir?

İranda müəllimlər aksiya keçirir- Nə baş verir?

Tarix:

1-02-2022, 12:14

/ 1 256 dəfə oxundu.
İranda müəllimlər aksiya keçirir- Nə baş verir?

İran şəhərlərində müəllimlər yenidən etiraz aksiyasına başlayıblar.

Bu barədə "Azad İran” Teleqram kanalı məlumat paylaşıb.

Məlumata görə, Təbriz, Urmiya, Zəncan, Tehran və başqa şəhərlərdə narazı müəllimlər təhsil idarələrinin qarşısına toplaşıblar. Onlar vəzifə təsnifatlaşdırılması haqqında qanunun icra olunmasını və təqaüdlərinin ödənilməsini tələb ediblər.

 

Hakimiyyət orqanları tərəfindən etirazçıların sayının artmaması üçün ictimai və şəxsi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub.

Qeyd edək ki, İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra 29-30 yanvar tarixlərində də ölkədə aksiyalar keçirilmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ