SON DƏQİQƏ
» » İran və Qətərin XİN başçıları Tehranda görüşdü- Nə müzakirə olundu?

İran və Qətərin XİN başçıları Tehranda görüşdü- Nə müzakirə olundu?

Tarix:

28-01-2022, 08:12

/ 1 353 dəfə oxundu.
İran və Qətərin XİN başçıları Tehranda görüşdü- Nə müzakirə olundu?

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Qətərin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Tehranda görüşüblər.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xarici işlər nazirləri ikitərəfli məsələlərlə yanaşı, mühüm regional məsələləri, o cümlədən Əfqanıstan və Yəməndəki vəziyyəti müzakirə ediblər.

Hüseyn Əmir Abdullahianın sözlərinə görə, son həftələr Yəməndə hərbi fəallıq artıb.

"Bu hallar ölkədə müharibəni daha da gərginləşdirib və sülh prosesinə zərər vurub", - iranlı nazir əlavə edib.

Qətərin xarici işlər naziri öz növbəsində qeyd edib ki, regionda gərginliyin yeni mərhələsi başlayıb: "Biz əminik ki, Yəmən böhranının hərbi həlli yoxdur və dialoq yolu ilə həll edilməlidir, çünki hazırkı vəziyyət heç bir tərəfin maraqlarına cavab vermir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ