SON DƏQİQƏ
» » Hulusi Akar mövqelərimizin atəşə tutulmasından danışdı

Hulusi Akar mövqelərimizin atəşə tutulmasından danışdı

Tarix:

8-01-2022, 20:27

/ 2 090 dəfə oxundu.
Hulusi Akar mövqelərimizin atəşə tutulmasından danışdı

Hadisəyə nikbinliklə baxırıq. Atəşkəs pozuntuları getdikcə azalır. Sabitlik daha əhatəli olur.

Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasına münasibət bildirərkən deyib.

 

"Ümid edirik ki, yaxın günlərdə daha sabit vəziyyət yaranacaq. Buradakı məsələlərdə Türkiyə-Rusiya əməkdaşlığının uğurlu olacağına, atəşkəsin əldə ediləcəyinə inanırıq, bunun davamlılığına öz töhfəmizi verdiyimizi görürük", - Akar söyləyib.

Türkiyə hərbçilərinin Azərbaycan Ordusu ilə birlikdə azad olunmuş ərazilərdə mina və əldəqayırma partlayıcı maddələrin təmizlənməsinə çalışdıqlarını qeyd edən Hulusi Akar burada sülhün daimi olmasının həm Xəzər, həm də Qara dəniz regionunda müsbət təsirlərinin olacağını vurğulayıb.

скачать dle 12.1

Şərhlər