SON DƏQİQƏ

İranda daşqınlar daha 9 can aldı

Tarix:

6-01-2022, 08:22

/ 2 403 dəfə oxundu.
İranda daşqınlar daha 9 can aldı

İranın cənubunda leysan yağışların sbəb olduğu daşqınlar nəticəsində 9 nəfər ölüb.

İranın Milli Antiböhran İdarəsinin rəisi İsmayıl Neccar son sel və yağışlarda Fars əyalətində 5, Kirmanda 2, Sistan-Bəlucistan əyalətində 2 olmaqla, 9 nəfərin həyatını itirdiyini bildirib.

O, şiddətli yağışların 101 şəhər və 309 bölgəyə zərər vurduğunu xatırladıb. Qeyd edib ki, 17 əyalətdə vətəndaşlara yardımların çatdırılması davam edir.

Daha əvvəl Fars əyalətinin Darab rayonunun Yanğınsöndürmə İdarəsinin rəhbəri Mücahid Debistani İranın cənubunda leysan yağışların səbəb olduğu sel fəlakəti və ildırım vurması nəticəsində 3 nəfərin həyatını itirdiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ