SON DƏQİQƏ

Nadir avtomobil satışa çıxarıldı

Tarix:

3-01-2022, 21:27

/ 1 371 dəfə oxundu.
Nadir avtomobil satışa çıxarıldı

Ən nadir BMW E30 3 Series kupelərindən biri olan Alpina B6 2.7 kupesi eBay-da satışa çıxarılıb.

GunAz.az "Motor”a istinadla xəbər verir ki, cəmi 67 belə avtomobil istehsal edilib və bu avtomobil ardıcıl olaraq 39-dur. 65 min avroluq ikiqapılının yürüşü 170 min kilometrdir.

1986-cı ildə avtomobil Yaponiyaya yeni halda satılıb, lakin bir müddət sonra o, Almaniyaya qaytarılıb. Satıcının dediyinə görə, kupe ideal vəziyyətdədir: kuzovda pas izi yoxdur, mühərrik təmirə ehtiyac duymur, salon əla görünür.

Kupe 2,7 litrlik 210 at gücünə malik mühərriklə təchiz edilir. Avtomobil saatda 225 kilometr sürət yığa bilir.

Maşına görə 65 min avro almaq istəyirlər. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə "Sotheby’s” hərracında onlar 40 BMW Alpina B6 2,7 kupesini 52,2 min dollara satıblar. Avtomobilin yürüşü 35 min kilometrdir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ