SON DƏQİQƏ
» » Braziliya prezidenti təcili xəstəxanaya yerləşdirildi

Braziliya prezidenti təcili xəstəxanaya yerləşdirildi

Tarix:

3-01-2022, 19:14

/ 1 208 dəfə oxundu.
Braziliya prezidenti təcili xəstəxanaya yerləşdirildi

Braziliya Prezidenti Jair Bolsonaru ehtimal ki, yenidən bağırsaq keçirməzliyi səbəbindən xəstəxanaya yerləşdirilib.

Bu barədə "Agence France-Presse” xəbər verir

Qeyd edək ki, Bolsonaru 2021-ci ilin iyulunda da eyni səbəbdən xəstəxanaya yerləşdirilib. O, dörd gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb.

Braziliya mediasının məlumatına görə, Bolsonaru bazar ertəsi səhər tezdən təcili xəstəxanaya yerləşdirilib. Ölkə lideri ölkənin cənubunda istirahətini yarımçıq qoymağa məcbur olub. Xəstəxanadan bildirilib ki, hazırda onun vəziyyəti sabitdir.

"(Prezidentin) bağırsaq subokklyuziyası var, vəziyyəti sabitdir, müalicəsi davam edir”, - məlumatda deyilir.

Prezident Bolsonarunun özü bildirib ki, əməliyyat oluna bilər. "Məni mümkün bağırsaq keçirməzliyi əməliyyatı üçün müayinə edəcəklər", - dövlət başçısı tviterdəki hesabında yazıb.

Bolsonaru bazar günü yemək yedikdən sonra özünü pis hiss etdiyini bildirib.

Xatirladaq ki, 2018-ci ildə sui-qəsd cəhdindən sonra Braziliya Prezidentinin səhhətində problemlər mövcuddur. Bolsonaru seçkilərə təxminən bir ay qalmış Minas Jerays ştatının Juiz-di-Foru şəhərində seçki mitinqində bıçaqlanıb. Bıçaq bağırsaqları qanla təmin edən arteriyanı zədələyib. O, bundan sonra bir neçə cərrahi əməliyyat keçirib.

скачать dle 12.1

Şərhlər