
Bu il Türkiyənin Qara dənizdə hasil etdiyi qaz ölkənin hər yerində istifadə olunacaq.
GunAz.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Zonquldaq vilayətinin Çaycuma bölgəsində Filios təbii qaz emalı zavodunun tikintisi ilə tanış olarkən deyib.
"Qara dənizdən quruya qaz veriləcək. Zavodun ilkin gücü sutkada 10 milyon kubmetr olacaq, lakin sonradan biz bu rəqəmi 40 milyon kubmetrə çatdırmağı planlaşdırırıq. Bu qurğu Türkiyənin paylayıcı sisteminə qoşulduqdan sonra Qara dəniz qazı Türkiyənin hər yerində istifadə olunacaq. Bundan həm türk xalqı, həm də dövlətin özü faydalanacaq”, - nazir qeyd edib.