
Şimali Koreyanın rəhbəri Kim Çen İn kəskin şəkildə arıqlayıb.
Bu barədə Böyük Britaniyanın "Deyli Meyl” qəzeti məlumat yayıb.
Bildirilib ki, KXDR rəhbəri demək olar, tanınmaz hala düşüb. O, heç vaxt belə arıq olmayıb:
"Kim Çen İn azı 20 kq arıqlayıb. Bu arıqlama onun sağlam həyat tərzinə keçməsi və ya qida çatışmazlığından əziyyət çəkən koreyalılarla həmrəylik naminə arıqlaması ilə izah oluna bilər”.
