SON DƏQİQƏ
» » SON DƏQİQƏ: İran Azərbaycanla quru sərhəddi bağlayır

SON DƏQİQƏ: İran Azərbaycanla quru sərhəddi bağlayır

Tarix:

25-12-2021, 16:11

/ 2 254 dəfə oxundu.
SON DƏQİQƏ: İran Azərbaycanla quru sərhəddi bağlayır

İran hökuməti COVİD-19-un Omikron ştammına qarşı görülən tədbirlər çərçivəsində bu gündən etibarən quru sərhədini 15 gün müddətinə bağlamağa qərar verib.

Bunu İran Gömrük Komitəsinin sözçüsü Ruhullah Lətifi ölkə mətbuatına açıqlamasında bildirib.

O qeyd edib ki, ticarətlə bağlı giriş-çıxışlara isə məhdudiyyət qoyulmayacaq:

"Qərar İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilib.

Qərara əsasən, Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla olan quru sərhəd qapıları bu gündən etibarən 15 gün müddətində bağlı olacaq”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ