
İtaliyanın şimalında 4,4 bal gücündə zəlzələ baş verib.
GunAz.az xəbər verir ki, bu barədə ölkənin Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Yeraltı təkanların episentri Berqamo şəhəri yaxınlığındakı Bonate Sotto qəsəbəsində, 26 kilometr dərinlikdə olub. Zəlzələ İtaliyanın şimalındakı Milan şəhərində də hiss olunub. Zəlzələ nəticəsində can və ya mal itkisi olmayıb.
Qeyd edək ki, İtaliyada sonuncu güclü zəlzələ 2017-ci ildə Amatriçe şəhəri yaxınlığında baş verib. 5,3 bal gücündə zəlzələ nəticəsində 34 nəfər dağılmış tikililər altında qalaraq həlak olub.