SON DƏQİQƏ

Gürcüstandan Rusiyaya etiraz

Tarix:

11-12-2021, 18:19

/ 1 205 dəfə oxundu.
Gürcüstandan Rusiyaya etiraz

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-nin ötəngünkü bəyanatına etiraz edib.

Rusiya Xarici İşlər Nazirliyinin NATO-nun 2008-ci il Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO-ya üzv olması ilə bağlı verdiyi qərarının ləğvi tələbinə Gürcüstan Xarici İşlər Nazirliyi etiraz edib.

Bəyanatda Rusiyanın bu hərəkətinin Gürcüstan Xarici İşlər Nazirliyi üçün qəbuledilməz olduğu vurğulanıb:

"NATO-ya üzvlük Gürcüstan əhalisinin əksəriyyətinin sarsılmaz iradəsinə əsaslanan Gürcüstanın suveren qərarıdır. Bu məqsəd Gürcüstan Konstitusiyasında da öz əksini tapıb. Qeyd edək ki, Buxarest sammitində qəbul edilən qərar NATO-nun 2008-ci ildən sonra keçirilən bütün sammitlərində təkrarlanıb. NATO-nun 2021-ci ildə Brüsseldə keçirilən sammitində qəbul edilmiş kommunikedə vurğulanır ki, üçüncü tərəfin Buxarest sammitinin qərarına yenidən baxılması ilə bağlı istənilən bəyanatı beynəlxalq hüququn başlıca prinsip və normalarına ziddir və XİN üçün qəbuledilməzdir".

Xatırladaq ki, NATO-nun 2008-ci ilin 3 aprel tarixində keçirilən Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO-ya üzv olacağı ilə bağlı qərar verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ