SON DƏQİQƏ

Ermənilərin hədəfi nədir?

Tarix:

9-12-2021, 18:34

/ 1 225 dəfə oxundu.
Ermənilərin hədəfi nədir?

Daha iki azərbaycanlı Ermənistanın mina terrorunun qurbanı oldu. Bu gün Daşaltında mina partlaması nəticəsində 2 nəfər həlak olub. Müharibədən sonra mina terroru nəticəsində yüzlərlə mülki şəxs yaralanıb, onlarla insan həlak olub. Son hadisənin təfərrüatları da bir daha sübut edir ki, bu, Ermənistanın mina terrorunun nəticəsidir.

Araşdırmalar təsdiq edir ki, basdırılan minalar məhz ölümə hesablanıb: bilərəkdən, altdan tank əleyhinə, üzərindən isə piyada əleyhinə mina basdırılıb və bu, partlayış nəticəsində minaya düşən şəxsin sağ qalmaq ehtimalının olmamasına hesablanıb. Bu kombinasiyanın məqsədi, həm də daha çox insan öldürmək üçün partlayışın dalğasını maksimum böyütməkdir.

Bu tip "sürpriz-minalar”dan adətən diversiya, terror aktları zamanı istifadə olunur və bu, Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir.

Bu günə qədər Ermənistan tərəfindən təqdim olunmuş minalanmış ərazilərin xəritələrinin qeyri-dəqiq olması da bu ölkənin məqsədli şəkildə "mina terroru” planının bir hissəsidir. Və göründüyü kimi, Ermənistan məqsədli şəkildə Azərbaycanın daha çox dinc sakinini öldürməyə cəhd göstərir.

Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25 faiz təşkil edir, bu günlərdə təqdim edilmiş digər ərazilərdəki mina sahələrinin formulyarları da etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratı yaradır.

Ermənistanın mina terrorunun iki əsas hədəfi var.

Birincisi, tarix boyu etdikləri kimi azərbaycanlılara qarşı terror törətmək, mülki şəxsləri qətlə yetirməkdir.

İkincisi, azad olunmuş ərazilərin bərpasını çətin vəziyyətə salmaq, bu ərazilərdə dinc həyatın bərpasına, insanların öz evlərinə qayıdışına mane olmaq, bölgədə davamlı olaraq hərbi gərginliyi saxlamaqdır.

Ermənistanın bu siyasətinin də hədəfində həmişə olduğu kimi mülki şəxslər var. Yeni olmayan bu siyasət Ermənistanın bütün hakimiyyətlərinin dövründə davam etdirilib. Xocalı soyqırımından tutmuş Gəncənin və Bərdənin bombalanmasına qədər daim dinc sakinlər və mülki şəxslər hədəf götürülüb.

Bu, Ermənistanın milli ideologiyasının Türkiyəyə və Azərbaycana qarşı terror və nifrət üzərində qurulmasından irəli gəlier. Nasist, terrorçu Njdedən, Drodan tutmuş onların müasirləri Sasna Tsrer qruplaşmasına qədər vasitə terror, hədəf mülki şəxslər olub. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə - məsələn, meşələrdə - tank əleyhinə mina "tələlərinin”, ölüm ehtimalını artıran "mina-sürprizlərin” quraşdırılması – bütün bunlar Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir.

Lakin Ermənistan öz niyyətinə nail ola bilməyəcək. Bütün cəhdlərinə rəğmən, Azərbaycan öz torpaqlarını minalardan təmizləyəcəyik və o torpaqlara həyat yenidən qayıdacaq. Ermənistanın mina terroruna qarşı beynəlxalq ictimaiyyət reaksiya göstərməlidir. Azərbaycan bu məsələdə xüsusilə BMT-dən daha fəal dəstək gözləyir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ