SON DƏQİQƏ

İrandan 3 tərəfli müqavilə açıqlaması

Tarix:

29-11-2021, 09:11

/ 1 328 dəfə oxundu.
İrandan 3 tərəfli müqavilə açıqlaması

İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək.

Bu barədə özünün "Twitter" səhifəsində İran hökumətinin sözçüsü Əli Bahadori yazıb.

Ə.Bahadori bildirib: "Xarici siyasətdəki bütün imkanlara balanslaşdırılmış baxışın nəticəsi olan İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli qaz müqaviləsi İranın 5 vilayətini qazla təmin edəcək. Qonşulara xüsusi diqqət yetirilməklə, xarici əlaqələr sahəsi artıq bir neçə konkret ölkə ilə məhdudlaşmır".

 

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 - 2 milyard kubmetrədək qaz göndəriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ