SON DƏQİQƏ
» » İrandan arada olan gərginliklə bağlı daha bir açıqlama

İrandan arada olan gərginliklə bağlı daha bir açıqlama

Tarix:

23-11-2021, 08:07

/ 1 217 dəfə oxundu.
İrandan arada olan gərginliklə bağlı daha bir açıqlama

Biz hər iki tərəfin qətiyyətli münasibəti sayəsində mətbuat vasitəsilə yaranan arzuolunmaz və faydasız gərginliyi geridə qoyduq”.

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə İslam Respublikası ilə Azərbaycan arasındakı hazırkı münasibətləri barəsində danışarkən deyib.

O, qeyd edib ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri münasibətlərin normallaşmasını sübut edir.

"İranla Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və həmin səfər də bunun təsdiqi oldu. Yaxın gələcəkdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər davam etdiriləcək”, - deyə XİN rəsmisi əlavə edib.

Xətibzadə qeyd edib ki, Azərbaycanın Baş nazirinin müavininin səfəri əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsinə yönəlmişdi. ("Report")

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ