
Vyanada nüvə proqramı ilə bağlı danışıqlara İran 29 noyabrda qayıdacaq. Bu barədə İranın xarici işlər nazirinin müavini Əli Bagiri Tvitter səhifəsində yazıb. "Avropa İttifaqının koordinatoru Enrike Mora ilə telefon danışığı zamanı danışıqların 29 noyabrda başladılması ilə bağlı razılığa gəlindi”, - deyə Bagiri bildirib.