SON DƏQİQƏ
» » ABŞ-dan İrana sərt xəbərdarlıq: Başqa variant var

ABŞ-dan İrana sərt xəbərdarlıq: Başqa variant var

Tarix:

25-10-2021, 23:34

/ 1 338 dəfə oxundu.
ABŞ-dan İrana sərt xəbərdarlıq: Başqa variant var

İranın nüvə proqramı ilə bağlı ABŞ-ın başqa variantı var, ancaq Vaşinqton hər zaman diplomatiyaya üstünlük verir.

GunAz.az xəbər verir ki, bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Rob Melli deyib.

O bildirib ki, ABŞ hətta başqa addımlar atmaq qərarı verəndə də diplomatiyanı davam etdirəcək:

"Bayden administrasiyası hesab edir ki, məsələni yalnız diplomatik yolla həll etmək lazımdır. Diplomatiya pəncərəsi heç vaxt bağlanmayacaq”.

Melli bu diplomatiya pəncərəsinin nüvə razılaşmasına qayıtmaqla bağlı olmadığını da xatırladıb:

"Nüvə razılaşması danışıqlarına qayıtmaqla bağlı pəncərə isə daim açıq olmayacaq. Bu, xronoloji saat deyil, texniki saatdır. Hansısa anda nüvə sazişi məsələsi İranın ucbatından geridönməz şəkildə dağıla bilər. Ümid edirik ki, İran başqa yol seçəcək”.

O deyib ki, İranla nüvə sazişinə qayıtmaq məsələsi indi kritik fazadadır.

скачать dle 12.1

Şərhlər