
Ukrayna Rusiya ilə dialoqa başlamalı və ABŞ və NATO-nun köməyinə güvənməməlidir.
GunAz.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy çıxış edib.
O qeyd edib ki, "Qərblə Moskva arasındakı münasibətlər nə qədər pis olsa, bir o qədər yaxşıdır" prinsipini rəhbər tutan bir çox ekspert və siyasətçi var:
"Düşünürəm ki, bu fikir yanlışdır, çünki bu təhdidlər Ukrayna ilə Rusiya arasında qarşıdurmanı daha da artırır".



























