SON DƏQİQƏ

ABŞ bu ölkəyə ordusunu yeritmək istəyir?

Tarix:

14-10-2021, 09:08

/ 3 334 dəfə oxundu.
ABŞ bu ölkəyə ordusunu yeritmək istəyir?

Pentaqon nümayəndələri bu ay Özbəkistanda ABŞ-ın anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsini müzakirə edəcək.

Bu barədə "Politiko” nəşri məlumat yayıb.

"Danışqların gündəliyində anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsi dura bilər. Belə razılaşma ABŞ-a Əfqanıstandakı hədəfləri daha yaxşı izləməyə və hədəf almağa imkan verər”, - deyə nəşrdə yayılan məqalədə bildirilib.

Qeyd edək ki, Co Bayden administrasiyası Əfqanıstanın sərhəd ölkələri ilə sözügedən məsələni müzakirə etmək istəyini ifadə etmişdi.

скачать dle 12.1

Şərhlər