SON DƏQİQƏ
» » Türkiyədə ağır qəza olub- 40 tələbə yaralandı

Türkiyədə ağır qəza olub- 40 tələbə yaralandı

Tarix:

14-10-2021, 08:08

/ 1 521 dəfə oxundu.
Türkiyədə ağır qəza olub- 40 tələbə yaralandı

Türkiyənin Nevşəhər vilayətinin Hacıbektaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində ölkənin 81 vilayətindən olan qırx tələbə müxtəlif dərəcəli xəsarət alıb.

Bildirilir ki, Gümüşkənd kəndi yaxınlığında hərəkət edən avtobus qəflətən yola çıxan evakuatorla toqquşub. Bu vaxt arxadan gələn avtobusun sürücüsü qəza edən maşınlara çırpılmamaq üçün sükanı yolun kənarına döndərib və aşma hadisəsi baş verib. Qəza edən avtobusdakı tələbələr Hacı Bektaş Vəlinin vəfatının 750-ci ildönümü ilə əlaqədar Hırka dağının zirvəsinə təşkil edilən yürüşə qatılmaq üçün səfərdə olublar.

Bəzi məlumatlara görə, xəsarət alanların sayı 25 nəfərdir. Yaralılar yaxın bölgələrdəki xəstəxanalara yerləşdiriliblər.


 
скачать dle 12.1

Şərhlər