SON DƏQİQƏ
» » BMT-dən “Taliban”a qadınlarla bağlı - ÇAĞIRIŞ

BMT-dən “Taliban”a qadınlarla bağlı - ÇAĞIRIŞ

Tarix:

11-10-2021, 23:26

/ 1 492 dəfə oxundu.
BMT-dən “Taliban”a qadınlarla bağlı - ÇAĞIRIŞ

"Taliban”ın qadın və qız uşaqlarının hüquqlarının qorunması ilə bağlı sözünün üstündə durmamasından dərin narahatlıq keçiririk”.

GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş mətbuata açıqlamasında deyib.

 

O, "Taliban”a beynəlxalq insan hüquqları çərçivəsində öhdəliklərini yerinə yetirməklə bağlı çağırış edib:

"Taliban”ın əfqan qadın və qız uşaqlarına verdiyi sözlərə əməl etməməsindən xüsusən narahatam. Əfqanıstan iqtisadiyyatının 80 faizi qeydiyyatsızdır.

Qadınların iqtisadiyyatda rolu üstünlük təşkil edir. Qadınlar olmadan Əfqanıstan iqtisadiyyatının və cəmiyyətinin düzəlməsi mümkün deyil”.


скачать dle 12.1

Şərhlər