
Terror hücumları ABŞ-ın Əfqanıstandakı təhlükəsizlik planının bir hissəsidir.
Bunu İran Prezidenti İbrahim Rəisi deyib.
O, Əfqanıstanın Künduz əyalətində cümə namazı zamanı məscidə edilən terror aktında ABŞ-ı günahlandırıb:
"Bu terrorçu hərəkətlər ABŞ təşkilatçılığı və dəstəyi ilə böyüyüb. ABŞ son zamanlar İŞİD-in Əfqanıstanda fəaliyyətini artırması üçün zəmin hazırladı".
Qeyd edək ki, Əfqanıstanın şimalındakı Künduz əyalətindəki Seyid Abad məscidində güclü partlayış nəticəsində 100-ə yaxın insan ölüb, xeyli sayda insan yaralanıb.




























