
Eks-prezident Mixail Saakaşvilinin həbsdən azad edilməsi tələbi ilə Tiflisdə, Rustavi prospektində aksiya keçiriləcək.
GunAz.az xəbər verir ki, bu barədə müxalif Qanun və Ədalət Partiyasından deputat Tako Çarkviani məlumat yayıb.
Yerli vaxtla saat 17:00-da başlayacaq aksiya hakimiyyətə xəbərdarlıq mahiyyəti daşıyacaq.
"Xalq Hərəkatının bu aksiyası seçkilərin mümkün saxtalaşdırılmasına qarşı xəbərdarlıqdır və növbədənkənar parlament seçkilərinə qədər Saakaşvilinin həbsdən azad edilməsi tələb ediləcək”, - Çarkviani deyib.
Onun sözlərinə görə, 14 oktyabrda növbəti aksiya keçiriləcək.
"Aksiyaya digər müxalif partiyaların qoşulmaması bizə heç bir çətinlik yaratmayacaq”, - o bildirib.