SON DƏQİQƏ
» » Batumidə bina çökdü- 15 nəfərdən xəbər yoxdur- YENİLƏNİB

Batumidə bina çökdü- 15 nəfərdən xəbər yoxdur- YENİLƏNİB

Tarix:

8-10-2021, 19:32

/ 4 211 dəfə oxundu.
Batumidə bina çökdü- 15 nəfərdən xəbər yoxdur- YENİLƏNİB

Gürcüstanın Batumi şəhərində - 26 May küçəsində 5 mərtəbəli yaşayış binasının bir hissəsi çöküb.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Məlumata görə, ərazi polis tərəfindən mühasirəyə alınıb. Binanın dağılmamış hissəsinin sakinləri təxliyə olunur. Dağılan hissədə 12 ailə yaşayıb.

Xilasedicilər dağıntılar altında qalan avtomobilin içindən 6-7 yaşlı uşağı xilas ediblər. Digər xəsarət alanlar barədə məlumat verilməyib. Xilasetmə əməliyyatı davam edir.

İlkin versiyaya görə, mənzillərin birində aparılan təmir zamanı divar zədələnib. Bildirilib ki, həmin evdə daha bir neçə qanunsuz işlər aparılıb.

***

Batumidə çökən binanın dağıntıları altından 4 nəfər xilas edilib.

Dağıntılar altında hələ də 15-ə yaxın insanın olduğu bildirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ