
İranın Varzekan şəhərində yerləşən "Sunqun” mis mədəninin işçiləri dünəndən etibarən tətilə başlayıb.
Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Səbəb pis iş şəraiti, aşağı əmək haqqı və işçilərə qeyri-bərabər münasibətdir.
Bu tətil son iki ay ərzində mədəndə keçirilən üçüncü tətildir.
Xatırladaq ki, mədən Təbrizdən 78 km şimalda yerləşir və Yaxın Şərqin ən böyük mis mədənlərindəndir.