SON DƏQİQƏ
» » ABŞ: İran bir neçə aya atom bombası hazırlayacaq!

ABŞ: İran bir neçə aya atom bombası hazırlayacaq!

Tarix:

5-10-2021, 22:01

/ 1 477 dəfə oxundu.
ABŞ: İran bir neçə aya atom bombası hazırlayacaq!

İran nüvə proqramında əhəmiyyətli irəliləyiş əldə edib və nüvə bombası hazırlamaq ərəfəsindədir.

GunAz.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezident Administrasiyasındakı mənbələr məlumat yayıb.

Tehranın cəmi bir neçə aya atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edə biləcəyi də vurğulanıb.

"Aydındır ki, bu, olduqca narahatedici xəbərdir”, - mənbə qeyd edib.

Agentlik ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Kulata arasındakı görüşün detallarını da açıqlayıb. Mənbə ABŞ-ın İranın nüvə probleminin diplomatik həllinə sadiq qalacağını bildirib.

"Amma Vaşinqton nüvə silahı istehsal edən və sahibi olan başqa bir dövlətin yaranmasının qarşısını almaq üçün başqa üsullardan istifadə etməyə hazırdır. İran heç vaxt nüvə silahına sahib ola bilməz, bu vədimizə tam sadiqik”, - ABŞ-ın rəsmi nümayəndəsi deyib.

Mənbə söhbətin İrana qarşı hərbi gücdən istifadə edilib-edilməməsindən gedib-getmədiyini yazmayıb.


скачать dle 12.1

Şərhlər