SON DƏQİQƏ
» » TƏCİLİ: İrandan Azərbaycana növbəti xəyanət

TƏCİLİ: İrandan Azərbaycana növbəti xəyanət

Tarix:

5-10-2021, 15:58

/ 4 118 dəfə oxundu.
TƏCİLİ: İrandan Azərbaycana növbəti xəyanət

Bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.

Bu barədə hərbi dairələrdən məlumat verilib.

Mənbə İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diqtəsi ilə həyata keçirildiyini iddia edib.

İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir.

"İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir" - deyə mənbə bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ