
Facebook" şirkətinin sahibi Mark Zukerberq ötən gün baş vermiş irimiqyaslı problemə görə istifadəçilərdən şəxsən üzr istəyib.
O bu barədə funksiyalarını bərpa etmiş eyni adlı sosial şəbəkədəki öz səhifəsində yazıb.
"Facebook", "Instagram", "WhatsApp" və "Messenger"yenidən işə başladı. Bugünkü problemə görə üzr istəyirəm. Sevdiyiniz insanlarla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm", - Zukerberq bildrib.
Problemlərin niyə yarandığını və fəaliyyətini tam olaraq bərpa olunması üçün nə qədər zaman lazım olacağını açıqlamayıb.



























